Lionel Messidən etiraflar

Karyerasının ilk illərindən bəhs edən, Argentina mətbuatına danışan ulduz futbolçu Lionel Messinin "Barselona" ilə müqavilə imzalamaq qərarı çətin olub. SİA-nın verdiyi məlumata görə, Rosariodan ayrıldığımda həmişə ağlayırdım. Bir çox dostlarımla əlaqədə olmağı dayandırdım. Braziliyalı Ronaldo və Roberto Karlosun formalarını istəməməsindən üzüldüyünü söyləyən Messi, qazandıqları son İspaniya Kral Kubokunun klub üçün dönüş nöqtəsi olduğunu əlavə edib.

"Barselona"dakı müqaviləsi iyun ayının sonunda bitəcək və komandada qalıb-qalmayacağı şübhəli olan ulduz futbolçu Lionel Messi karyerası ilə bağlı vacib açıqlamalar verib.

"Kral Kuboku zəfəri dönüş nöqtəsi oldu"

Bu mövsüm qazandıqları İspaniya Kral Kuboku ilə bağlı Messi, "Həqiqət budur ki, son Kral Kuboku klub üçün xüsusi idi. Qeyri-qənaətbəxş nəticələr və titullar səbəbi ilə nailiyyət ala bilmədiyimiz bir neçə il var idi.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə