Beşiktaş Benteke üçün hərəkətə keçdi

Beşiktaş Benteke üçün hərəkətə keçdi

Mövsümün ikiqat çempionu olan Beşiktaş, yeni mövsümdə iştirak edəcəyi Nəhənglər Liqasında uğurlu bir komanda qurmaq üçün hərəkətə keçdi. Rəhbərlik İngilis komandası Crystal Palace ilə müqaviləsi bitən dünyaca məşhur Belçikalı hücumçu Christian Benteke ilə maraqlanır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Beşiktaş, Cenk Tosun transferindən əvvəl Bentekenin meneceri ilə əlaqə saxlayıb, ancaq maddi şərtlər səbəbi ilə bu transfer reallaşmayıb.

Komandanın hədəfində olan futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 30 oyunda 10 qol vuran 1.90 boylu Belçikalı forvard Bentekedir.

Qeyd edək ki, Benteke əvvəllər Fənərbaxça və Qalatasarayın gündəmində olub.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə