İspaniyada çempionat yarışı

"Osasunan"ı 2-1 məğlub edən "Atletiko Madrid", son oyunlardan əvvəl "Real Madrid"dən 2 xal qabaq İspaniya La Liqasında liderliyini davam etdirir. La Liqanın 37-ci həftəsinə zirvədə başlayan "Atletiko Madrid", "Osasunan"ını qəbul etmişdi. Təxminən 3 min azarkeş, "Atletiko Madrid"ə dəstək olmaq üçün qarşılaşmanın oynandığı Vanda Metropolitano Stadionunun qarşısında toplanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Osasuna" 75-ci dəqiqədə Budimir ilə önə keçib. Ancaq Atletiko Lodinin 82 və Suarezin 88 qolu ilə mübarizəni qazanıb.

Keçən il çempion "Real Madrid", 68-ci dəqiqədə Nachonun vurduğu qolla Athletik Bilbaonu səfərdə 1-0 məğlub edib. Athletik Bilbaoda Raul Garcia 89-cu dəqiqədə qırmızı vərəqə alıb. Bu nəticələrdən sonra Atletiko Madrid xalını 83-ə, Real Madrid 81-ə yüksəltdi. La Liqa 2020-21 mövsümü 23 mayda keçiriləcək matçlarla sona çatacaq.

"Barcelona" yarışda məğlub olub, Getafe qrupda qalıb

Liqanın üçüncü pilləsində olan "Barselona", oynadığı Celta Vigo matçını 2-1 uduzdu və 76 xalda qalaraq çempionluq şansını itirdi.

Mina 38 və 89-cu dəqiqələrdə Celta Vigonun qollarını vurub. Qırmızı vərəqə səbəbi ilə 83-cü dəqiqədə 10 nəfər olan Barselonanın qolu 28-ci dəqiqədə Messidən gəlib.

Tükiyə milli futbolçusu Enes Ünalın oynadığı Xetafe, Levanteni 2-1 məğlub edərək liqada qalmağı təmin etdi.

Alena və Kubonun qolları sayəsində 37 xala çatan Xetafe, son həftədən əvvəl outsider arasındakı fərqi 4 xala yüksəldib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə