Qalatasaraydakı problemlər artmaqdadır

Komandadan ayrılmaq istəyən oyunçu sayının çox olması səbəbindən yeni rəhbərliyin "borc kağızı" alması üçün 14 milyon avroya ehtiyyacı var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qalatasarayda bir tərəfdən texniki direktor Fatih Terimin vəziyyəti, digər tərəfdən yeni transfer və müqaviləsi bitən oyunçuların vəziyyəti, indi "borc kağızı" problemi var.

Seçki prosesi uzadıldıqdan və 19 iyun tarixində yeni prezidentin seçiləcəyini açıqladıqdan sonra sarı-qırmızılardakı qeyri-müəyyənlik artmağa davam edir. Ödəmələrin gecikməsi səbəbindən yeni rəhbərliyi Qalatasarayda çətin anlar gözləyir.

İyunun sonunda oyunçulardan alınmalı olan borc kağızı üçün 14 milyon avro ödəməli olan komanda üçün işlər heç də asan olmayacaq, çünki gedən və müqaviləsi bitən oyunçular çoxdur.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə