Gustavo və Sosa üçün transfer iddiası

Gustavo və Sosa üçün transfer iddiası

Mövsümün sonunda Fənərbaxçada, Luiz Gustavo və Jose Sosa üçün iki transfer xəbəri gəldi. SİA-nın verdiyi məlumata görə, ilk olaraq ”Flamengo”nun Gustavonu istədiyi bildirildi. 34 yaşlı futbolçunun da Braziliyaya qayıtmaq istədiyi vurğulanıb. ”Flamengo”nun Fənərbaxça ilə danışıqlar apardığı iddia edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müqaviləsi 2022-ci ildə bitəcək Gustavonun son dövrlərdə ölkəsinə qayıtmaq istədiyi bildirilir. Gustavo, Emre Belözoğlu dövründə, son həftələrdə ehtiyatda idi.

Argentina mətbuatında Jose Sosa üçün də xəbər var. 35 yaşlı oyunçunun Argentinaya qayıtmaqla yaxından maraqlandığı bildirilib. Mövsümün əvvəlində ölkəsinə qayıtmaq imkanı olan, ancaq Fənərbaxça ilə müqavilə imzalayan Sosanın karyerasının son illərində bu fürsəti qaçırmaq istəmədiyi ifadə edilib. Xüsusilə Estudiantes komandası tərəfindən çox arzulanan və azarkeşlər tərəfindən sevilən Sosanın bu səbəblərdən Argentinaya getmək istədiyi qeyd edildi. Təcrübəli ulduzun müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə