"Qalatasaray"dakı səlahiyyət müddətini başa vuran rəhbərlik, yeni mövsüm öncəsi transfer çalışmalarına davam edir.
"Qalatasaray" yeni mövsümdən əvvəl transfer işlərinə sürətli başlayıb. "Göztepe" ilə müqaviləsi bitən Alpaslan Öztürk ilə 3 illik müqavilə imzalanacaq. "Kasımpaşa" ilə müqaviləsi bitən Aytaç Kara, sarı və qırmızı formanı geyəcəyi günləri sayır. Müqaviləsi sona çatan 12 oyunçu arasında Gedson Fernandes, Arda Turan, Emre Akbaba, Ömer Bayram, Halil Dervişoğlu və Henry Onyekuru üçün danışıqlar davam edir.
6 futbolçu klubdan ayrılır.
Sarı-qırmızılıların müqaviləsinin Etebo, Emre Taşdemir, Şener Özbayraklı, Ryan Donk, Martin Linnes və Marcelo Saracchi ilə sona çatması gözlənilir.
Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB