Mövsümü Spor Toto Super Liqada üçüncü sırada tamamlayan və azarkeşlərini məyus edən Fənərbaxça, yeni mövsüm üçün transfer işlərini sürətlə davam etdirir. SİA-nın verdiyi məlumata görə, heyətini gücləndirmək istəyən klub, ulduz oyunçu üçün 20 milyon avro təklif alıb.
Uzun müddət Ozan Tufanla yaxından maraqlanan Premyer Liqa komandası “Kristal Palas”, bu mövsüm göstərdiyi oyuna görə alqışlar qazanan ulduz oyunçu üçün milyonlarından keçir.
2020 Avropa çempionatından əvvəl Ozan Tufan ilə müqavilə imzalamağı hədəfləyən “Kristal Palas”ın oyunçunun meneceri və Fənərbaxça ilə təmaslarını sürətləndirdiyi də qeyd edildi. Milli komandanın oyunçusu artıq Avropa çempionatının ulduzları sırasındadır.
Ozan Tufan, “Kristal Palas” -a 20 milyon avroya transfer olması halında Fənərbaxçanın tarixinə düşəcək. 26 yaşlı futbolçu ötən mövsümün əvvəlində 17,5 milyon avroya "Latsio" ya keçən Vedat Müriçin rekordunu qıracaq.
Ozan Tufan, bu mövsüm Super Liqada oynadığı 37 oyunda 6 qol və 8 asist performansıyla cəmi 14 qol atıb. 26 yaşlı futbolçunun milli forması ilə Dünya Kuboku seçmə mərhələsində 2 qolu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB