Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi düşünür ki, Monako pilotlar üçün əsl test yeridir. SİA xəbər verir ki, italiyalı sürücü bu mövsüm xal qazana bilməyib.
Antonio Covinatsi: “Bu ilin ən xüsusi yarışlarından biridir. Şəhər ətrafında inanılmaz atmosfer var. Formula1 karyeramda burada 1 dəfə yarışmışam. Lakin aşağı seriyalardan trası yaxşı tanıyıram. Bura sürücülər üçün əsl test yeridir. Bütün fürsətləri dəyərləndirməli və performansımızı yüksəltməliyik. Buradakı yarışlarda hər şey ola bilər”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB