Bu gün Azərbaycan Çempionu müəyyənləşir

Bu gün Azərbaycan Çempionu müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulacaq. SİA-nın verdiyi məlumata görə, sonuncu - XXVIII turun ardından çempion və digər mükafatçılar bəlli olacaq.

Günün ilk 3 matçı eyni saatda start götürəcək. Bürünc medala iddialı iki komandadan "Sumqayıt" "Səbail"in, "Zirə" "Sabah"ın qonağı olacaq. Digər matçda Premyer Liqanın autsayderi "Keşlə" "Qəbələ"ni qəbul edəcək.

Mövsümə çempionluğun taleyinə aydınlıq gələcəyi "Neftçi" - "Qarabağ" görüşü ilə yekun vurulacaq. Paytaxt təmsilçisi 56, Ağdam klubu isə 57 xal toplayıb. "Ağ-qaralar" çempionluq üçün mütləq qələbə qazanmalıdırsa, "köhlən atlar"a heç-heçə də sərf edir.

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

18:00. “Keşlə” – “Qəbələ”

“ASK Arena”

18:00. “Səbail” – “Sumqayıt”

“ASCO Arena”

18:00. “Sabah” – “Zirə”

“Bank Respublika Arena”

20:30. “Neftçi” – “Qarabağ”

“Dalğa Arena”.

Bütün xəbərlər Facebook səhifəmizdə