Hamı Monakoda yarışmaq istəyir - Şumaxer

Haas komandasının sürücüsü Mik Şumaxer tarixi Monakoda Formula1 bolidi sürmək üçün səbirsizlənir. SİA xəbər verir ki, almaniyalı sürücü debüt mövsümündə xal almasa da, komanda yoldaşı Nikita Mazepinə nisbətən daha yaxşı nəticələr qazanır.

Mik Şumaxer: “Bura tarixi olan çətin trasdır. Bu yarışı bütün sürücülər sevir və azı bir dəfə Monakoda yarışmaq istəyir. 2019-cu ildə ilk dəfə Monakoda yarışmışdım və çox bəyənmişdim. Formula1 bolidi sürmək üçün səbirsizlənirəm. Monakoda çox şey sürücüdən asılıdır. Əgər boliddə özünüzü yaxşı hiss edirsinizsə, Monakoda yaxşı nəticə qazana bilərsiniz. Görək bolidimiz Monte Karlonun dar küçələrində necə işləyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə