"Liverpul"un qapıçısından tarixi qol - VİDEO

"Liverpul"un qapıçısından tarixi qol - VİDEO

İngiltərə Premyer Liqasının 36-cı həftəsində "Liverpul", "Vest Bromviç Albionu" 90 + qolu ilə 2-1 məğlub edib. SİA-nın verdiyi məlumata görə, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "Liverpul", liqadan düşməsi bəlli olan "Vest Bromviç"in qonağı olub. Matçın ilk yarısı 1-1 sona çatıb, "Vest Bromviç" komandasından Robson-Kanu 15-ci, "Liverpool"dan Salah 33-cü dəqiqədə qol vurub. 90 + 5-ci dəqiqədə "Liverpul"un yaratdığı küncdən zərbə ilə rəqibin cərimə meydançasına gələn qapıçı Alisson, komandasını baş zərbəsi ilə vurduğu qolla önə çıxardı.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə