Türkiyədə Formula1-in ləğv olunma səbəbi - BU İMİŞ

Türkiyədə Formula1-in ləğv olunma səbəbi - BU İMİŞ

“21 iyunda Türkiyədə keçirilməsi planlanan Formula1 yarışlarının ləğv edilməsi pandemiya ilə əlaqədardır. Çünki Türkiyədəki yoluxma sayı yarışların keçiriləcəyi ölkələrdə standartların üstündədir. Qapanma nəticəsində bazar günü etibarilə Türkiyə 10 min xəstə, 1500 yeni yoluxma sayına enib”. Bu fikirləri SİA-ya açıqlamasında TRT Soprt müxbiri, idman şərhçisi Erhan Seven deyib.

Onun sözlərinə görə, lakin yenə də bu rəqəmlər Avropa ölkələri, xüsusən də Formula1 pilotları və komandaları üçün yüksək bir rəqəmdir: “Əslində Türkiyə Qran-Prisi təqvimə sonradan daxil edilmişdi və bunun səbəbi də Kanadada virusa yoluxanların artması idi. Formula1 pilotları və komandalarının tələbi ilə Kanada Qran-Prisi ləğv edilərək təqvimdə Türkiyəyə yer verilmişdi”.

E.Seven vurğulayıb ki, Türkiyədəki yoluxma və xəstə sayları tələb olunan rəqəmlərə endirilə bilinmədiyi üçün Formula1-in təşkilatçıları Türkiyədə keçiriləcək yarışları ləğv etdi: “Biz də idman həvəskarları olaraq öz növbəmizdə Türkiyənin təqvimdən çıxarılmasında başqa hər hansı bir səbəb görə bilmədik. Xatırladım ki, bənzər bir vəziyyət də təəssüf ki, Çempionlar Liqasının final mərhələsində keçiriləcək görüşdə də müşahidə olundu. Belə ki, Türkiyədə planlanan final görüşü Türkiyədə yox Portuqaliyada keçiriləcək. Hər iki məsələni də pandemiyanın nəticələri kimi dəyərləndirə bilərik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə