"Barselona" Çempionlar Liqasında tarixi uğura imza atıb

"Barselona" Çempionlar Liqasında tarixi uğura imza atıb

Futbol üzrə qadınlar arasında UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib. SİA-nın verdiyi məlumata görə, finalda İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" komandaları üz-üzə gəlib. İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçirilən matç "Barselona"nın 4:0 hesablı qələbəsi ilə bitib. Kataloniya klubu tarixində ilk dəfə qadınlar arasında Çempionlar Liqasının qalibi olub. Beləliklə, "Barselona" qadınlar və kişilər arasında Çempionlar Liqasının qalibi olan yeganə klub kimi tarixə düşüb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə