Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıya gəlir
Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun 26 may 2011-ci il tarixindən Azərbaycana rəsmi səfəri başlayır. Siapsort.az saytı xəbər verir ki, səfər çərçivəsində Aleksandr Jukov 27 may saat 11.15-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. Qonaqlar daha sonra Şəhidlər Xiyabanında olacaqlar.
Həmin gün Aleksandr Jukov Tennis Akademiyası, Bayraq Meydanı və Müasir İncəsənət Muzeyi ilə də tanış olacaq.
Səfərin 2-ci günü Rusiya Olimpiya Komitəsinin prezidenti Heydər Əliyev Fondunda, "Sərhədçi" İdman Olimpiya Mərkəzində, "Şağan" Olimpiya İdman Kompleksində olacaq, İçəri Şəhərə gəzintiyə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB