Levandovski "Bavariya"nın sabiq hücumçusunun rekordunu təkrarlayıvb

Levandovski "Bavariya"nın sabiq hücumçusunun rekordunu təkrarlayıvb

Bavariya"nın futbolçusu Robert Levandovski klubun sabiq oyunçusu Herd Müllerin rekordunu təkarlayıb.

SİA xəbər verir ki, 32 yaşlı hücumçu buna hazırda davam edən "Frayburq"la matçda fərqlənməklə nail olub. O, bu mövsüm komandanın heyətində yerli çempionatda vurduğu qolların sayını 40-a çatdırıb. Beləliklə, polşalı oyunçu Herd Müllerin 1976/77 mövsümündəki rekordunu təkrarlamış olub. Futbolçu bu uğurun şərəfinə "Forever Gerd" (Hər zaman Herd) yazılı xüsusi hazırlanmış köynək geyinib və qol vurduqdan sonra onu nümayiş etdirib.

Qeyd edək ki, Levandovski cari mövsüm ümumilikdə bütün turnirlərdə 48 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə