"Borussiya" Almaniya kubokunun qalibi olub

"Borussiya" Almaniya kubokunun qalibi olub

Futbol üzrə Almaniya kubokunda 2020/21 mövsümünün qalibi müəyyələşib.

SİA xəbər verir ki, həlledici oyunda “Leypsiq”lə Dortmund “Borussiya”sı qarşılaşıb.

Final matçı kifayət qədər məhsuldar alınıb. Beş qolun qeydə alındığı qarşılaşma dortmundluların qələbəsiylə yekunlaşıb – 4:1.

Bununla da “Borussiya” tarixində 5-ci dəfə Almaniya kubokunun qalibi olub. Bu baxımdan Dortmund təmsilçisi “Şalke” və “Ayntraxt”a (Frankfurt) çatıb. “Verder” 6 dəfə kubokun ən güclüsü olub. Rekord isə “Bavariya”ya məxsusdur – 20 dəfə.

Almaniya kuboku

Final

13 may

Leypsiq – Borussiya (Dortmund) 1:4

Qol: Olmo, 71 – Sanço, 5; 45. Haland, 28; 87.

Bütün xəbərlər Facebook səhifəmizdə