"Liverpul" "Mançester Yunayted"i səfərdə məğlub edib

"Liverpul" "Mançester Yunayted"i səfərdə məğlub edib

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.

SİA xəbər verir ki, əvvəlcə 19-cu turdan təxirə salınmış “Aston Villa” – “Everton” görüşü baş tutub.

Bu oyunda komandalar meydanı qolsuz tərk ediblər.

Daha sonra 34-cü turda Mançesterdəki etirazlara görə təxirə salınmış “Mançester Yunayted” – “Liverpul” matçı keçirilib. Altı qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbə qazanıblar.

İngiltərə Premyer Liqası

13 may

19-cu turun oyunu

Aston Villa – Everon 0:0

34-cü turun oyunu

Mançester Yunayted – Liverpul 2:4

Qol: B.Fernandes, 10. Reşford, 68 – Jota, 34. Firmino, 45+3; 47. Salah, 90.

Bütün xəbərlər Facebook səhifəmizdə