"Mançester Yunayted"in keçmiş kapitanı karyerasını bitirib

Ekvador millisinin və “Mançester Yunayted”in keçmiş kapitanı Antonio Valensiya karyerasını bitirib.

SİA xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçinin son klubu olan Meksika “Keretaro”sunun mətbuat xidməti məlumat yayıb. Valensiyanın futbolçu karyerasını bitirdiyi qeyd olunub.

Qeyd edək ki, 2009-2019-cu illərdə “Mançester Yunayted”də çıxış edən Valensiya İngiltərədə “Viqan”, İspaniyada "Valensiya" kimi klublarda da oynayıb. O, Ekvador yığmasında 99 oyunda 11 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...