Van Deyk AÇ-2020-də oynamaqdan imtina etdi

Futbol üzrə Niderland milli komandasının və İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil Van Deyk AÇ-2020-ni buraxacaq. SİA-nın verdiyi məlumata görə, bu barədə niderlandlı müdafiəçi, “Liverpul” klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

O, zədədən sonrakı bərpa müddətinin son mərhələsində olduğunu bildirib. Dayk, bərpa müddətini tamamlamaq üçün AÇ-2020-də oynamaqdan imtina edib.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə