"Liverpul"un futbolçusu imtina etdi

İngiltərənin "Liverpul" klubunun və Hollandiya milli komandasının futbolçusu Vircil van Deyk Avropa çempionatına yollanmaqdan imtina edib. SİA-nın verdiyi məlumatına görə, 29 yaşlı müdafiəçi qərarını zədədən sonra bərpa dövrü keçməsi ilə əlaqələndirib. Van Deyk Avropa çempionatında oynamayacağına üzüldüyünü və çətin, amma düzgün qərar qəbul etdiyini vurğulayıb. O, növbəti mövsümün hazırlıqlarına köklənəcəyini bildirib.

Qeyd edək ki, Vircil van Deyk ötən ilin oktyabrında "Everton"la Premyer Liqa qarşılaşmasında xaçabənzər bağlarından zədə alıb. Avropa çempionatı iyunun 11-də start götürəcək. UEFA van Deyki 2019-cu ilin ən yaxşı futbolçusu seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...