İngiltərədə 10 minə qədər futbol azarkeşi stadiona buraxılacaq - mayın 17-dən etibarən

İngiltərədə mayın 17-dən etibarən 10 minə qədər futbol azarkeşi stadiona buraxılacaq.

SİA xəbər verir ki, bu barədə İngiltərə Baş naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, ölkədə mayın 17-dən etibarən məhdudiyyətləri azaltmaq üçün üçüncü mərhələyə başlanılacaq və bu zaman limitli sayda azarkeşlərin stadiona buraxılmasına icazə veriləcək.

Futbol turnirlərində 10 minə qədər azarkeş oyunarlarda iştirak edə biləcək.

İngiltərə Premyer Liqası, hər klubun tribunalarda azarkeşləri ilə bir ev matçı keçirməsi üçün 2020/2021 mövsümünün 37-ci turunu 18 və 19 may tarixlərinə təxirə salıb . Sonuncu - 38-ci turun oyunları isə 23 mayda keçirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə