Doğma meydanda məğlub olan “Fulhem” Premyer Liqa ilə vidalaşıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Bernli” səfərdə “Fulhem”lə qarşılaşıb. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

Fulhem isə bu məğlubiyyətdən sonra elitada qalmaq şansını itirib.

Hazırda 27 xalı olan “Fulhem” son üç turda qalib gəlsə belə, Premyer Liqada qalmağa imkan verən 17-ci pillədəki “Sauthempton”a (37 xal) çata bilməyəcək.

Beləliklə, London təmsilçisi İngiltərə futbolunun elitasına qayıtdıqdan sonra ilk mövsümündəcə Premyer Liqanı tərk edib. “Fulhem”dən öncə sonuncu yeri tutan “Şeffild Yunayted” və 19-cu sırada qərarlaşmış “Vest Bromviç” də elitanı tərk etmişdi. Bununla Premyer Liqa tarixində bir ilk də gerçəkləşib. Belə ki, bu mövsümə qədər heç vaxt sona üç tur qalmış elitanı tərk edən bütün komandaların adına aydınlıq gəlməmişdi.

İngiltərə Premyer Liqası

35-ci tur

10 may

Fulhem – Bernli 0:2

Qol: Vestvud, 35. Vud, 44.

7 may

Lester Siti – Nyukasl 2:4

Qol: Olbrayton, 80. İheanaço, 87 – Uillok, 22. Dammet, 34. Uilson, 65; 74.

8 may

Lids – Tottenhem 3:1

Qol: Dallas, 13. Bamford, 42. Rodriqo, 84 – Son, 25.

Şeffild Yunayted – Kristal Pelas 0:2

Qol: Benteke, 2. Eze, 88.

Mançester Siti – Çelsi 1:2

Qol: Sterlinq, 44 – Ziyeş, 63. Alonso, 90+2.

Liverpul – Sauthempton 2:0

Qol: Mane, 31. Alkantara, 90.

9 may

Vulverhempton – Brayton 2:1

Qol: A.Traore, 76. Gibbs-Uayt, 90 – Dank, 13.

Aston Villa – Mançester Yunayted 1:3

Qol: B.Traore, 24 – B.Fernandes, 52. Qrinvud, 56. Kavani, 87.

Vest Hem – Everton 0:1

Qol: Kalvert, 24.

Arsenal – Vest Bromviç 3:1

Qol: Smit, 29. Pepe, 35. Villian, 90 – M.Pereyra, 67.

Bütün xəbərlər Facebook səhifəmizdə