Komandanı 26 ildən sonra elitaya çıxardı, onunla yeni müqavilə imzalandı

Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçisi Samet Aybaba ilə yeni müqavilə bağlayıb.

SİA xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

66 yaşlı mütəxəssislə 2 illik yeni müqavilə imzalanıb. Əvvəlki anlaşmanın müddəti bu mövsümün sonunda bitəcəkdi.

Qeyd edək ki, Samet Aybaba bu ilin fevralından “Adana Dəmirspor”u çalışdırır. Mövsümün sonuna 12 tur qalmış bu komandaya baş məşqçi təyin olunan təcrübəli mütəxəssis, Adana təmsilçisinə 11 oyunda 10 qələbə qazandırıb. Bu oyunlarda cəmi 1 dəfə heç-heçəyə razılaşan “Adana Dəmirspor”, yekunda həm TFF 1-ci liqanın qalibi olub, həm də Super Liqaya vəsiqə qazanıb.

Sonda onu da qeyd edək ki, Aybaba “Adana Dəmirspor”a 26 illik fasilədən sonra Super Liqada oynamaq hüququ qazandırıb. O, 1996/97 mövsümündə “Kayserispor”u, 2016/17 mövsümündə isə “Sivasspor”u da Super Liqaya çıxarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...