“Real” son anda məğlubiyyətdən qaçıb

Futbol üzrə İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

“Xetafe” evdə “Eybar”a, “Vilyarreal” isə “Selta”ya uduzub. “Valensiya” “Valyadolid”lə ev oyununda darmadağına sevinib.

Turun daha bir prinsipial qarşılaşması Madriddə yerli “Real”la “Sevilya” arasında baş tutub. Dörd qolun qeydə alındığı bu vacib görüşdə də qalib müəyyənləşməyib.

İspaniya La Liqası

25-ci tur

7 may

Real Sosyedad – Elçe 2:0

Qol: Elustondo, 72. Oyarzabal, 90+2.

8 may

Alaves – Levante 2:2

Qol: Pons, 30. Xoselu, 87 – Morales, 36; 42.

Barselona – Atletiko 0:0

Kadis – Hueska 2:1

Qol: M.Mauro, 43. Silva, 45+2-öz qapısına – Mir, 45+1.

Atletik – Osasuna 2:2

Qol: Morsilyo, 1. Sanset, 62 – Braşanaç, 12. Budimir, 89.

9 may

Xetafe – Eybar 0:1

Qol: Resio, 89-pen.

Valensiya – Valyadolid 3:0

Qol: M.Qomes, 45+1; 48. Korreya, 89.

Vilyarreal – Selta 2:4

Qol: M.Qomes, 25. Moreno, 87 – Mina, 19; 34. B.Mendes, 45+3. Solari, 57.

Real – Sevilya 2:2

Qol: Asensio, 67. Hazard, 90+4 – Fernando, 22. Rakitiç, 78.

10 may

23:00 Betis – Qranada

Bütün xəbərlər Facebook səhifəmizdə