Ümummilli liderin 98-ci ildönümünə həsr olunan şahmat turniri keçiriləcək

Bu gün 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin (RİOEUGİŞM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn şahmat turnirinə start veriləcək. SİA xəbər verir ki, yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Saat 21:00-da baş tutacaq turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak edəcəklər. Yarışda ümumi hesabda ilk 3 yeri tutan oğlan və qızlar, həmçinin ayrı-ayrı yaş qruplarında fərqlənən şahmatçılar 3 nömrəli RİOEUGİŞM tərəfindən medal və müvafiq diplomla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...