Azərbaycan təmsilçisi dünya kuboku yarışlarında dördüncü olub

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında dördüncü olub. SİA xəbər verir ki, dünya kubokunda fərdi gimnastların lent ilə yarışında gimnastımız hakimlərdən 21,400 xal alıb.

Yarışın qalibi 24,300 xalla bolqarıstanlı Boryana Kaleyn olub. Onun komanda yoldaşı Katrin Taseva 21,500 xalla bürünc medal qazanıb. Belarus təmsilçisi Alina Harnasko 23,450 xalla gümüş medala sahib olub.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...