“Barselona” “Atletiko”nu Kataloniyada uda bilmədi

“Barselona” “Atletiko”nu Kataloniyada uda bilmədi

Futbol üzrə İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. Lider “Atletiko” burada “Barselona”nın qonağı olub. Kataloniya təmsilçisi bu matçda qələbə qazansa və “Real” xal itirsə, liderliyə yüksələcəkdi. Amma bəlkə də çempionluğun taleyini həll edəcək bu oyunda qapılara qol vurulmayıb.

Dörd qolun qeydə alındığı “Alaves” – “Levante” və “Atletik” – “Osasuna” matçlarında da qalib müəyyənləşməyib. “Kadis” isə “Hueska” üzərində qələbəyə sevinib.

İspaniya La Liqası

25-ci tur

7 may

Real Sosyedad – Elçe 2:0

Qol: Elustondo, 72. Oyarzabal, 90+2.

8 may

Alaves – Levante 2:2

Qol: Pons, 30. Xoselu, 87 – Morales, 36; 42.

Barselona – Atletiko 0:0

Kadis – Hueska 2:1

Qol: M.Mauro, 43. Silva, 45+2-öz qapısına – Mir, 45+1.

Atletik – Osasuna 2:2

Qol: Morsilyo, 1. Sanset, 62 – Braşanaç, 12. Budimir, 89.

9 may

16:00. Xetafe – Eybar

18:15. Valensiya – Valyadolid

20:30. Vilyarreal – Selta

23:00. Real – Sevilya

10 may

23:00. Betis – Qranada

Bütün xəbərlər Facebook səhifəmizdə