“Napoli” və “İnter” rəqiblərini darmadağın edib

“Napoli” və “İnter” rəqiblərini darmadağın edib

Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında “Napoli” səfərdə “Spetsiya” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda darmadağına sevinib.

Ötən turda çempionluğu rəsmiləşən “İnter”in rəqibi “Sampdoriya” olub. Milanlılar da bu oyunda darmadağına seviniblər.

“Udineze” – “Bolonya” matçında qalib müəyyənləşməyibsə, “Fiorentina” “Latsio”nu məğlub yola salıb.

İtaliya A Seriyası

35-ci tur

8 may

Spetsiya – Napoli 1:4

Qol: Pikkoli, 64 – Zelinski, 15. Osimhen, 23; 44. Lozano, 79.

Udineze – Bolonya 1:1

Qol: De Paul, 23 – Orsolini, 82.

İnter – Sampdoriya 5:1

Qol: Qalyardini, 4. A.Sançes, 26; 36. Pinamonti, 61. Martines, 70 – Keyta, 35.

Fiorentina – Latsio 2:0

Qol: Vlahoviç, 32; 89.

9 may

14:30 Cenoa – Sassuolo

17:00 Benevento – Kalyari

17:00 Parma – Atalanta

17:00 Verona – Torino

20:00 Roma – Krotone

22:45 Yuventus – Milan

Bütün xəbərlər Facebook səhifəmizdə