“Fənərbaxça”dan qələbə, “Qalatasaray” “Beşiktaş”a qalib gəlib

“Fənərbaxça”dan qələbə, “Qalatasaray” “Beşiktaş”a qalib gəlib

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 40-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Turnir cədvəlinin 2-ci sırasında yer alan “Fənərbaxça” səfərdə autsayderlər qrupunda yer alan “Ankaragücü”nün qonağı olub və qələbə qazanıb.

“Trabzonspor” doğma meydanda “Antalyaspor”u qəbul edib. Meydan sahibləri bu görüşdən qalib ayrılıblar. Ötən mövsümün qalibi olmuş “Başakşəhər” çətin “Sivasspor” səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Qalatasaray” burada lider “Beşiktaş”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı İstanbul derbisi meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası

40-cı tur

8 may

Ankaragücü – Fənərbaxça 1:2

Qol: A.Potuk, 3 – O.Tufan, 42. Valensiya, 90+6.

Ərzurumspor – Kasımpaşa 0:1

Qol: Varqa, 68.

Qalatasaray – Beşiktaş 3:1

Qol: Babel, 11. Falkao, 45+1-pen. A.Turan, 77 – Gezzal, 42.

Göztəpə – Konyaspor 0:1

Qol: Yevtoviç, 66.

Fatih Karagümrük – Gənclərbirliyi 5:1

Qol: Zukanoviç, 8. Borini, 17. Ndao, 60; 76. Lens, 88-pen – İ.karakaş, 90+4.

Kayserispor – Qaziantep 0:0

Sivasspor – Başakşəhər 0:0

Trabzonspor – Antalyaspor 2:1

Qol: Nvakaeme, 12. A.Ömür, 50 – Amilton, 67.

Hatayspor – Dənizlispor 1:0

Qol: Bupendza, 68.

Rizəspor – Yeni Malatyaspor 0:4

Qol: A.Büyük, 6. Hadebe, 23. Fofana, 80. K.Kanatsızkuş, 90+1.

Bütün xəbərlər Facebook səhifəmizdə