“Lill”də Burak Yılmazın qol şousu davam edir

“Lill”də Burak Yılmazın qol şousu davam edir

Futbol üzrə Fransa çempionatında 36-cı tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında lider “Lill” səfərdə “Lans”la qarşılaşıb. Qonaqlar bu oyunda darmadağına seviniblər. Türkiyə millisinin hücumçusu Burak Yılmaz qələbədə dublla pay sahibi olub.

Fransa Liqa 1

36-cı tur

7 may

Lans – Lill 0:3

Qol: B.Yılmaz, 4-pen; 40. David, 60.

8 may

15:00. Nant – Bordo

19:00. Olimpik (Lion) – Loryan

9 may

15:00. Sent-Etyen – Olimpik (Marsel)

17:00. Anje – Dijon

17:00. Mets – Nim

17:00. Nitsa – Brest

17:00. Strasburq – Monpelye

19:05. Reyms – Monako

23:00. Renn – PSJ

Bütün xəbərlər Facebook səhifəmizdə