ÇL finalı İstanbulda olmaycaq?

TFF prezidenti Nihat Özdemirdən son açıqlama: gəlib quzu kimi oynayacaqlar! SİA-nın xarici mətubata istinadən verdiyi məlumta görə, "Çelsi" ilə "Mançester City" arasındakı Çempionlar liqası finalının 29 mayda İstanbulda oynanılması gözlənilsə də, finalın İstanbulda yox başqa yerdə oynanılması üçün bir çox müraciət edilib. TFF prezidenti Nihat Özdemir məsələ ilə bağlı açıqlamalar verib.

Premyer Liqa komandası "Aston Villa", UEFA Çempionlar Liqasında "Mançester City" və "Çelsi" ilə üz-üzə gələcək. "Sky Sports"un xəbərinə görə, Türkiyədəki koronavirus hadisələrini bəhanə edən Aston Villa, UEFA və FA-ya müraciət edib.

UEFA-nın media məmuru Pedro Pinto sosial media hesabında açıqlama verib. Pedro Pinto, "İngiltərə mətbuatında Çempionlar Liqası finalının İngiltərədə olması ehtimalı ilə bağlı fərziyyələr görürəm"-deyib.

O bildirib: "Quzu kimi gəlib oynayacaqlar. Hər şey finala hazırdır. Bütün tədbirlər görülüb. UEFA ilə danışıqlarımız davam edir. Heç bir şəkildə Çempionlar Liqası finalını başqa bir yerə aparmaq olmaz. "Mançester City", eyni zamanda İngiltərə çempionudur və "Çelsi" də əhəmiyyətli bir komandadır. Onlar Real Madrid kimi bir dünya nəhənginə qalib gələrək finala çıxıblar. İdman baxımından çox yaxşı bir matç göstərəcəklər. Çünki tamaşaçılar da stadionda olacaq. Dünya çoxdandır belə bir mənzərə üçün darıxmışdı. Stadionumuz çox gözəldir, ot örtüyü, girişi və çıxışı, bütün şərtlər sağlamlıq qaydalarına uyğunlaşdırılıb. Lazımi hər şey edilib".

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə