"Şaxtyor" həmyerlilərimizin komandasını darmadağın edib

Futbol üzrə Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə 59-cu dəqiqədə meydana buraxılıb.

“Minay” 25 turdan sonra 18 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, oyundan bir neçə saat əvvəl bukmeker kontorlarında matça anomal dərəcədə pul qoyuluşu səbəbindən "Minay" futbolçuları meydana çıxmaqdan imtina etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə