Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Bununla da qitənin ikinci dərəcəli klub turnirində finalçılar müəyyənləşəcək. SİA-nın verdiyi məlumata görə, "Arsenal" İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal"ı Londonda qəbul edəcək. Oyun "CBC Sport"la canlı yayımlanacaq.

Yarımfinalın digər oyununda isə "Mançester Yunayted" İtaliyada "Roma"nın qonağı olacaq. Evdəki qarşılaşmada rəqibinə 6:2 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi finala vəsiqənin taleyini demək olar ki, həll edib.

Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)

İlk oyun - 2:6

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə