Porto məşqində ürək tutması ilə azarkeşlərini qorxudan Iker Kasillas yenidən narahatdı. SİA-nın verdiyi məlumata görə, 2019-cu ildə keçirdiyi ürək əməliyyatından 2 il sonra sinəsində ağrı hiss edən İspan əfsanəsinin 28 apreldə xəstəxanaya yerləşdirildiyi məlum olub. Müalicəsi başa çatan Kasillasın evə buraxıldığı qeyd edilib.

2019-cu ildə Porto məşqində infarkt keçirən 39 yaşlı əfsanə qapıçı Iker Kasillasın 28 aprel tarixində dostları ilə tennis oynayarkən sinəsində ağrı hiss edib. Hazırda müalicə alan və daha sonra evə buraxılan İspan əfsanəsinin səhhətinin yaxşı olduğu qeyd edilib, ancaq narahatçılığa nəyin səbəb olduğu hələ müəyyən edilməyib.

Zərdüşt Quluzadə

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə