Çelsi-Real Madrid oyununa JURNALİST BAXIŞI

1-1 nəticə ilə bitən Çelsi-Real Madrid oyununun ikinci qarşılaşmasında Çelsinin açıq-aşkar üstünlüyü var idi. SİA-nın verdiyi məlumata görə, oyunun ilk dəqiqələrində stoper olan Rudigerin təhlükəli zərbəsini gördük. Onun Romadan gəlişindən sonra İngiltərədə topla daha da usta olduğunun şahidi olduq. Rudigerlə bərabər bütün Çelsi müdafiəçiləri inamlı oynadılar. Onlar müdafiə xəttini uğurlu şəkildə təşkil edir və rahatlıqla paslaşırdılar. Çox keçmədən almaniyalı futbolçu Verner toru silkələsə də ofsayt qərarı verilir.

Oyun boyunca Çelsi qısa paslara və "tiki-takaya" üstünlük verir, öndə pressinq edirdi. Real Madrid hətta öz qapısı ətrafında da rahat oynaya bilmirdi. 26-cı dəqiqədə Benzema fərqlənməyə yaxın olsa da Mendi uzaqdan gələn zərbəni dəf etdi. Müəyyən vaxtlarda top üstünlüyü Real Madriddə olsa da Çelsi onu bundan da məhrum etdi. 29-cu dəqiqədə dirəkdən qayıdan topu Verner içəri saldı.

36-cı dəqiqədə Benzemanın başla atdığı topu əla formada olan Mendi yenə də dəf etdi. Daha sonra Real Madrid oyunçuları sərt oyuna başlayaraq tempi aşağı salmağa cəhd edirdilər.

İkinci hissədə isə hava toplarındakı üstünlüyü də Çelsi əldə etmişdi. Real Madrid ara-sıra hücumlar qura bilsə də Çelsi oyunçuları rəqibin cərimə meydançasında rahatlıqla "tiki-taka" qururdular. Çox keçmədən Mont bu paslardan birini qola çevirir. Hesab 3-1 olandan sonra Real Madridin bütün şansları bitir.

Final oyunu isə Mançester Siti ilə İstanbulda oynanacaq. İki İngiltərə klubundan biri kuboku muzeyinə aparacaq. Çelsinin bugünkü oyununa nəzər salarsaq, onun qalib olacağı ehtimalı daha böyük görünür.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə