Paulo Dibaladan Atletiko məsələsi

"Yuventus"un ulduzu Paulo Dibala, Atletiko Madriddən telefon zəngi aldığı etirafını edib. Gələcəyi, Yuventusdakı sözləşmələri bəlli olmayan Dibala, özünə komanda axtarmağa başlayıb. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə Dibala, Atletiko Madriddən təklif aldığını təsdiqləyib. "Atletiko ilə əlaqə qurduq. Mənimlə birbaşa yox, menecerimlə danışıblar. Ancaq bu cür görüşlər bəzən 3 gün, bəzən isə 6 ay çəkir".

Dibala, İspaniya komanda yoldaşı Alvaro Moratadan klub, Madrid və azarkeşlər haqqında da məlumat aldığını etiraf edib.

Qeyd edək ki, Paulo Dibala ilə müqavilə 2022-ci ildə bitəcək.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə