“Bura Mercedes trası olsa da, əla yarışdır" - H.Marko

"Red Bull" şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Portimao əsl Mercedes trası olub. SİA xəbər verir ki, “gümüşü oxlar” Portuqaliyada həm poul, həm də yarışı qazanıblar. Bundan başqa Lyuis Hamilton trasda Ferstappeni keçərək ona rahatlıqla fərq ata bilib və karyerasındakı 97-ci qələbəni əldə edib.

Helmut Marko: “Bura Mercedes trası olsa da, əla yarışdır. Doğru yöndə inkişaf edirik. Medium təkərlərlə sürətli görünsək də, Maks 14-cü döngədə səhv elədi və Hamilton onu keçdi. Mercedes "Hard" təkərlərdə güclü idi. Barselona da buraya bənzəyir. Ümid edirəm ki, orada da mübarizə apara bilərik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə