“Empoli” sona iki tur qalmış çempionluğu və A seiyasına dönüşü təmin edib

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib.

SİA xəbər verir ki, “Empoli” sona iki tur qalmış çempionluğu təmin edib.

Sözügedən komanda ötən gün baş tutan 36-cı tur çərçivəsində doğma meydanda “Kozensa”nı 4:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarını 70-ə çatdıran “Empoli”, izləyiciləri üçün əlçatmaza çevrilib. Hazırda bu komanda ən yaxın izləyicisi “Salernitana”nı 7 xal qabaqlayır.

“Empoli” çempionluqla yanaşı, A Seriyasına vəsiqəni də təmin edib. Bu, elitaya ilk vəsiqədir. Növbəti vəsiqələrin taleyinə son turlarda aydınlıq gələcək. Hazırda 36 oyuna 63 xalı olan “Salernitana” ikincidirsə, 61 xala malik “Leççe” ilə “Monza” üçüncü-dördüncü pillələri bölüşür. Beşinci olaan “Venesiya”nın isə 57 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə