Spor Toto Super Liqdə 2010-2011 mövsümünü çempion olaraq bitirən \"Fənərbaxça\" futbol klubu media nümayəndələri ilə bir araya gəldi. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, \"Fənərbaxça\" klubunun baş məşqçisi Aykut Kocaman və futbolçular birlikdə yemək yeyib media nümayəndələrinin sullarını cavablandırdı.
Çempion \"Fənərbaxça\"nın heyətində yer alan və hər zaman önəmli oyunçularından biri hesab edilən Semih Şəntürkdən transfer açıqlaması gəldi.
Semih ona verilən "Müqavilən bitir, Nə edəcəksən?" sualına cavab olaraq: "Hər futbolçu oynamaq istəyir təbii ki. Mən də oynamaq istəyirəm. Bu mövsümdə yetəri qədər oynamaq imkanı aldığımı da düşünmürəm. Milli komandanın təlim məşq toplantısından sonra ailəmlə oturub birlikdə qərar verəcəyik",- dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB