Milanda ‘’Bioloji bombaya’’ bərabər izdiham

Bazar günü İtaliyada Serie A çempionluğunu qazanan İnter Milan tərəfdarlarının koronavirusa qarşı alınan tədbirlərə tabe olmadan küçələrdə qeyd etdikləri çempionluq sevincini "Bioloji bomba" olaraq xarakterizə ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İnter azarkeşləri Milanda meydanlarda və küçələrə axışıblar.

Bazar günü on minlərlə azarkeş, koronavirusa qarşı alınan tədbirlərə riayət etmədən şəhərin görməli yerlərindən biri olan Duomo Meydanına toplaşıb.

Milan polisinin verdiyi məlumata görə, təxminən 30 min azarkeş meydanda olub. Milandan çəkilən görüntülərdə sevinən azarkeşlər İnter komandasının "təhlükəsiz və məsuliyyətli şəkildə tədbir keçirək’’ çağırışına böyük ölçüdə əməl etmədiklərini göstəriblər.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə