"Qarabağ" - "Zirə": 23-cü duel

Bu gün Premyer Liqanın 25-ci turunda “Qarabağ” “Zirə”ni qəbul edəcək. SİA-nın verdiyi məlumata görə, bu, komandaların çempionatda 23-cü oyunu olacaq. Qarabağ bu qarşılaşmalarda məğlub olmayıb. "Qarabağ" 22 oyunun 16-da qalib gəlib, 6-da heç-heçəyə razılaşıb. Futbolçularımız 48 qol vurub, 10 top buraxıb.

"Azərsun Arena"da keçiriləcək matç saat 18:00-da başlayacaq. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə