Bayern bombardirini satışına çıxarır

Robert Levandovskinin Bayern Münhen ilə 2023-cü ilə qədər müqaviləsi olsa da, gələn mövsüm İngiltərə komandasının formasını geyinə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bayern Münhen yalnız menecer dəyişikliyi ilə deyil, həm də hücumçu yeniliyi ilə növbəti mövsümə başlaya bilər. Göründüyü qədər, rekordları və qolları ilə komandasına dəstək olan Robert Levandovski bundan sonra İngiltərədə olacaq.

Polşalı ulduzun meneceri Pini Zahavi artıq növbəti mövsüm üçün planlar hazırlayıb. Bununla yanaşı Zahavi koronavirusun yaratdığı maddi çətinliklərə baxmayaraq Polşa ulduzu üçün böyük bir məbləğ qoyulmasını şərt qoyur. Bu vəziyyətdə, Levandovskinin transfer hədəfi maaş artımında problem yaşamayacağı İngiltərə olacaq.

Real Madrid Polşa ulduzunun transferinə maraq göstərir. Həm də Paris Saint-Germain Robert Levandovski üçün fürsət gözləyir. Ulduz hücumçunu heyətinə qatmaq istəyən komandalar arasında İngiltərədən "Çelsi" və "Mançester Yunayted" də var idi.

Bundan əlavə, Bayern Münhen məşqçi dəyişikliyi etdi. Julian Nagelsmann, Hansi Flikin növbəti mövsüm üçün boşaltdığı yeri aldı.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə