Formula-1 tarixi dünyada və Azərbaycanda - ARAŞDIRMA

Formula-1 açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula-1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı- ayrı mərhələlərdən ibarət olur. SİA xəbər verir ki, ilk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.

Komandalar hər bir yarışa özünün hazırladığı şassi ilə çıxırlar, hər bir komandanı iki sürücü təmsil edir, sürücü çempionatda iştirak etmək üçün Beynəlxalq Avtomobil Federasiyasından SuperLisenziya almalıdır. Komandalar öz şassilərinə kənar motor istehsalçısından aldıqları motoru quraşdıra bilərlər.

Son idman reqlamentinə görə, motorun işçi həcmi 1.6 litrdir, silindrlərin sayı isə V6-dır, motorun çəkisi 145 kq-dır. Bu balaca motor 850-900 at qüvvəsi hasil edir və düz yollarda 370 km/saatadək sürət yığmağa imkan verir. Ümumiyyətlə, Formula1 maşınları ən dinamik maşınlar sayılırlar, yəni ən qısa vaxt ərzində sürətlənir və ən qısa vaxt ərzində dayanırlar.

Formula-1 maşınlarını bolidlər, sürücülərini isə pilotlar da adlandırırlar.

Builki dünya çempionatı 21 mərhələdən, Qran Pridən ibarətdir. Hər bir Qran Prini üçgünlük həftəsonu (uik- end) təşkil edir. Reqlamentə görə, sürücülər cümə günü hər biri 1.5 saat olan iki sərbəst yürüşdə trasla tanış olurlar, maşınları qarşıdakı sıralanma turu və yarışa sazlayırlar. Monako Qran Prisində sürücülər cümə günü deyil, bir gün əvvəl- cümə axşamı eyni işi görürlər.

Mərhələlər;

Cümə günü – İki 90 dəqiqəlik məşq yarışı

Şənbə günü – Bir 60 dəqiqəlik məşq yarışı; bir 60 dəqiqəlik kvalifikasiya yarışı

Bazar günü – Bir final yarış

Kvalifikasiyanın 3 mərhələsi olur:

Q1 – sürücülərə 18 dəqiqə vaxt verilir ki, bir dövrəni ən qısa bir zamanda etsinlər. Raundun sonunda ən sürətsiz 6 maşın yarışdan çıxarılır və yarışı axırıncı 6 yerdə başlayacaq

Q2 – qalan sürücülərə 15 dəqiqə vaxt verilir,

onlardan sonuncu 6 maşın yarışdan çıxarılır və yarışı 11-16 yerlərdə başlayacaq

Q3 – Kvalifikasiya raundunun son mərhələsində maşınlar 12 dəqiqə ərzində halqanı dövriyyə edir və qalan start yerləri müəyyən olunur.

Yarışın özü 2 saatdan çox ola bilməz – amma “qırmızı bayraq” olsa, yəni yarış dayandırılsa, 4 saatdan çox davam edə bilməz.

Bayraqlar;

Sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan istifadə olunur.

Sarı bayraq: Yavaşla, ötüb keçmə
Yaşıl bayraq: Trek açıqdır
Qırmızı bayraq: Yarış dayandırılır
Göy bayraq: Daha sürətli maşın ötüb keçmək istəyir
Ağ-qara bayraq: Yarış bitib
Qara bayraq və maşının nömrəsi: Yerinə qayıt/ diskvalifikasiya

2020-nci ildə keçirilən F1 yarışlarında 10 komanda iştirak edəcək. Hər komanda yarışlarda iştirak edəcək 2 sürücü seçir. Onlar fərdi olaraq sürücülərin çempionatında iştirak edir, ümumi xallar isə konstruktorların çempionatı üçün komandalara görə hesablanır. Mövsümün sonunda ən çox xal qazanan sürücü və komanda dünya çempionu olur.

Hazırkı çempion sürücü: Lyuis Hamilton (2008, 2014, 2015, 2017, 2018, 2019, 2020)

Yarışlarda daha 3 keçmiş çempion iştirak edir:

Sebastyan Fettel (2010, 2011, 2012 və 2013 qalibi)
Fernando Alonso (2005 və 2006 qalibi)
Kimi Raykkonen (2007 qalibi)

Hazırkı çempion konstruktorlar: Mercedes. Bu komanda ötən il 20 yarışdan 12-da qalib gəlmişdi.

Xal sistemi

2010-cu ildən etibarən Formula1-də yeni xal sistemi tətbiq olunur. İlk 8 pilotun xal qazandığı köhnə sistemdən fərqli olaraq, yeni sistemə görə ilk 10 yeri tutan pilotlar xal qazanırlar və 1-ci yerin sahibi ilə digər pilotlar arasındakı xal fərqi kəskin şəkildə artırılıb.

Karyerası ərzində ən çox xal toplayan pilot Mihael Şumaxerdir — 1 369 xal.

1-ci yer 25 Xal

2-ci yer 18 Xal

3-cü yer 15 Xal

4-cü yer 12 Xal

5-ci yer 10 Xal

6-cı yer 8 Xal

7-ci yer 6 Xal

8-ci yer 4 Xal

9-cu yer 2 Xal

10-cu yer 1 Xal

Bakı Şəhər Halqası Bakıda, Dənizkənarı Milli Park yaxınlığında yerləşən motor yarışması dairəsidir və 2016-cı ildən bu dairədə Avropa Qran Prisi və əlaqəli yarışlar keçirilir.

2013-cü ilin dekabrında Formula1 prezidenti və baş direktoru Berni Ekklstoun bu yolda yarışmanın 2016-cı ildən keçirilməsinə başlanacağını açıqlasa da, sonradan Koreya Qran Prisinin müqavilə şərtlərinin pozulmasına görə yarışma tarixinin 2015-ci ilə keçirilməsini bildirib. Lakin, 2014-cü ilin iyulunda yarışmanın 2016-cı ildən etibarən keçiriləcəyi xəbər verilib.

Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə