Bilmirəm niyə yavaşam - V.Bottas

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirb ki, yarışın ilk dövrələrində zəif olmasının səbəbini bilmir.

SİA xəbər verir ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, yarışda həm Həmiltonun, həm də Ferstappenin hücumlarına tab gətirə bilməyərək, üçüncülüyə razı olub.

Valtteri Bottas: “Çətin gün idi. Pit-stopa qədər nə baş verdiyini bilmirəm. Müəmmalı səbəblərə görə tempim yox idi. Bunu araşdırmalıyıq. Pit-stopdan sonra yaxşı idi, amma sensorlarda problem oldu. Buna görə də Maksa çata bilmədim. Nə baş verdiyini bilmirəm”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə