Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, çətin Portuqaliya yarışından həzz alıb.

SİA xəbər verir ki, britaniyalı sürücü ikinci başladığı Portuqaliya yarışını qazanıb. Yeddiqat Dünya Çempionu restartdan sonra Ferstappenin gerisinə düşsə də, həm onu, həm də komanda yoldaşı Bottası trasda keçərək, karyerasının 97-ci qələbəsini bayram edib.

Lyuis Həmilton: “Çox çətin yarış idi. Həm fiziki, həm də psixoloji cəhətdən güclü olmalı idik. Hava da küləkli idi. Yəni ki, səhv eləmək çox asan idi. Eyni zamanda Valtteri kimi yaxşı start ala bilmədim. Restartdan sonra da yer itrdim. Buna görə də xoşbəxt deyildim.

Əlimdən gələni etdim və xatrılamasam da, Maks da deyəsən səhv elədi. Bu, bizim üçün əla oldu. Bilirdim ki, üçüncü sektorda ona yaxın olacam. Valtterini isə təkərlərim yeyilmədən keçməli idim və onu birinci döngədə keçə bildim. Əla yarış idi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə