Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” mərhələsində qalib müəyyənləşib.
SİA xəbər verir ki, çempionluq uğrunda norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Hikaru Nakamura ilə çavab matçında 2:2 hesablı heç-heçə edib. M.Karlsen birinci matçda H.Nakamuraya qalib gəldiyi (3:1) üçün mərhələnin qalib olub.
Qeyd edək ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanı məğlub edərək bürünc medal qazanıb.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB