“Sassuolo” – “Atalanta” matçı heç-heçə başa çatıb, "İnter"in çempionluğu rəsmiləşib
Futbol üzrə İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilir.
SİA xəbər verir ki, bazar günü daha altı qarşılaşma baş tutub.
“Bolonya” – “Fiorentina”, “Napoli” – “Kalyari” və “Sassuolo” – “Atalanta” matçlarında qalib müəyyənləşməyib.
Yeddi qolun qeydə alındığı “Latsio” – “Cenoa” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Paytaxtın digər təmsilçisi “Roma” isə səfərdə “Sampdoriya”ya uduzub.
“Yuventus” da bu turda “Udineze” səfərinə yollanıb. Turin təmsilçisi Kristiano Ronaldonun dublu sayəsində qələbə qazanıb.
“İnter” sona dörd tur qalmış çempionatın qalibi olub.
Bu, “Atalanta”nın səfərdə “Sassuolo” ilə səfər oyunundakı xal itkisindən sonra rəsmiləşib. Nəticədə, “Atalanta” 69 xalda qalıb. Bir gün əvvəl “Krotone” ilə ev oyunundan 2:0 hesablı qələbə ilə ayrılan “İnter” isə xalını 82-yə çatdırıb. Beləcə, Antonio Kontenin çalışdırdığı komanda sona 4 tur qalmış ən yaxın izləyiciləri “Atalanta” və “Milan”ı 13 xal geridə qoyub.
İtaliya A Seriyası
34-cü tur
2 may
Latsio – Cenoa 4:3
Qol: Korrea, 30; 56. İmmobile, 43-pen. L.Alberto, 48 – Maruşiç, 47-öz qapısına. Skamakka, 80. Şomurodov, 81.
Bolonya – Fiorentina 3:3
Qol: Palasio, 31; 71; 84 – Vlahoviç, 21; 74. Bonaventura, 64.
Napoli – Kalyari 1:1
Qol: Osimhen, 13 – Nandes, 90+4.
Sassuolo – Atalanta 1:1
Qol: Berardi, 52 – Qosens, 32.
Udineze – Yuventus 1:2
Qol: Molina, 10 – Ronaldo, 83-pen; 89.
Sampdoriya – Roma 2:0
Qol: A.Silva, 45. Yankto, 65.
1 may
Verona – Spetsiya 1:1
Qol: Salsedo, 46 – Saponara, 86.
Krotone – İnter 0:2
Qol: Eriksen, 69. Hakimi, 90+2.
Milan – Benevento 2:0
Qol: H.Çalhanoğlu, 6. T.Ernandes, 60.
3 may
22:45 Torino – Parma
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB