“Ayaks” tarixində 35-ci dəfə Niderland çempionu olub

“Ayaks” tarixində 35-ci dəfə Niderland çempionu olub

Avropanın daha bir ölkəsində çempion bəlli olub.
SİA-nın məlumatına görə, “Ayaks” Niderland çempionatının sonuna 3 tur qalmış qızıl medalları təmin edib.
XXXI turda “Emmen”i 4 cavabsız qolla darmadağın edən Amsterdam təmsilçisi ən yaxın izləyicisi PSV üçün əlçatmaz olub. 4 matçı qalan eyndhovenlilər 15 xal geridədir. Bu, “Ayaks”ın tarixində 35-ci çempionluqdur.
Qeyd edək ki, ötən mövsüm koronavirus pandemiyası üzündən yarımçıq dayandırıldığından çempion müəyyənləşməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə