Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edib

Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edib

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New İn Chess" adlı V mərhələsində həlledici raundun görüşləri keçirilir.

SİA xəbər verir ki Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda qarşılaşmada ikinci oyun gününün ilk partiyası başa çatıb.

Qara fiqurlarla oynayan Məmmədyarov görüşün 54-cü gedişində qələbə qazanıb.

Xatırladaq ki, ilk oyun günündə tərəflər arasında heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə