“Atletiko” və Madrid “Real”ı 3 xal qazanıb

“Atletiko” və Madrid “Real”ı 3 xal qazanıb

Futbol üzrə İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Eybar” doğma meydanda “Alaves”ə, “Hueska” isə “Real Sosyedad”a qalib gəlib.

Lider “Atletiko” bu turda “Elçe” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

“Real” isə “Osasuna”nı qəbul edib. Madrid klubu bu oyunda inamlı qələbəyə sevinib.

İspaniya La Liqası

34-cü tur

1 may

Eybar – Alaves 3:0

Qol: Kike, 3; 50; 59.

Elçe – Atletiko 0:1

Qol: Lyorente, 23.

Hueska – Real Sosyedad 1:0

Qol: Elustondo, 87-öz qapısına.

Real – Osasuna 2:0

Qol: Militao, 76. Kazemiro, 80.

30 aprel

Selta – Levante 2:0

Qol: Mendes, 51. Solari, 74.

2 may

16:00 Valyadolid – Betis

18:15 Vilyarreal – Xetafe

20:30 Qranada – Kadis

23:00 Valensiya – Barselona

3 may

23:00 Sevilya – Atletik

Bütün xəbərlər Facebook səhifəmizdə